Biletlərin sifarişi (+994 50) 424 20 72, (+994 12) 598 74 14, 119 (ödənişli)
Park Cinema
Bron olunmuş yerlər seansa 40 dəqiqə qalmış satışa çıxarılır

Hadisələr

Hadisələr

 

«BƏZI HADISƏLƏR QANLA YAZILIR».

Rejissor Pol U.Andersonun «Pompey» fəlakət filmini Azərbaycanda, həmişə olduğu kimi, ilk olaraq jurnalistlər izlədilər. Fevralın 19-da Metropark-dakı Park Cinema kinoteatrında dünya premyerası elə həmin gün baş tutan filmin jurnalistlər üçün nümayişi təşkil olunmuşdu. Film paytaxtda geniş prokata fevralın 20-də çıxacaq.

Bizim eramızın 79-cu ilində Vezuviy vulkanının püskürməsi nəticəsində yerin təkindən çıxan lava və vülkan külü Qədim Romanın Pompey şəhərini öz ağuşuna alıb. FilmDistrict studiyası bu hadisəni ekranlaşdırmağı qərara alır və Pol U.Andersonu çəkilişlər aparmağa dəvət edir, o həmçinin kimi layihənin prodüseri olur. Rejissor müsair texnologiyalardan istifadə edərək baş vermiş hadisələrin özünəməsxux versiyasını təqdim edir. Qeyd edək ki, bir çox kinosevərlər Pol U.Andersonu «Şər iqamətgahı» filmindən tanıyırlar. O bu filmin I və IV hissələrinin ssenari müəllifi və rejissoru olub.

«Pompey» filminin büdcəsi 130 mln.dollar, xronometrajı isə 105 dəqiqə təşkil edir.

Filmdə baş rollarda Kit Herinqton, Emili Brauninq, Kifer Sazerlend, Cared Harris, Kerri-Enn Moss, Adevale Akkinuoye-Aqbadce və digərləri çəkilib.

Bir qədər də filmin süjeti haqqında: Milon adlı qul azad olacağını və sahibinin qızı Kassiya ilə evlənəcəyini xəyal edir. Lakin çox keçmir ki, o Kassiyanın pula düşkün və korrupsiyaya qurşanmış Roma senatoruna vəd olunduğunu öyrənir. Miolonun özünü isə Neapolda yaşayan başqa bir əsilzadəyə satırlar. Vezuviy püskürməyə başlayan kimi Milon öz məhəbbətini və amfiteatrda tələyə düşmüş ən yaxın dostunu-qladiatoru azad etmək üçün Pompeyə geri qayıdır.

 
PARK CINEMA-DA YENI 3D TƏSVIR TEXNOLOGIYALARI

Ölkənin ilk və yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema tamaşaçılarına yeni, ən müasir 3D eynəkləri istifadəyə verib. Bazarda müasir kinoteatrlar və multiplekslər üçün 3D həlləri təqdim edən Fransanın Volfoni şirkəti tərəfindən  istehsal olunmuş polyarizasiyalı eynəklər Volfoni Smart Crystal passiv sistemi ilə istifadə olunması üçün yaradılb.

Xəbər verildiyi kimi, ötən ay Park Cinema  Park Bulvar multipleksinin bir neçə zalında avadanlıq və ekranlar dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Şübhəsiz ki, bu tədbirlər öz müsbət təsirini təsvir və səsdə tapıb. Alınan passiv 3D eynəklər - yeni gümüş ekranlarda qüsursuz nümayişin təminatıdır. Eynəklərin istehsalında istifadə olunan materiallar da 3D təsvirin əla keyfiyyətini təmin edir. Nou-haunun üstünlüklərinə eynəklərin rahatlığı da aiddir. Yüksək keyfiyyətli polyarizatordan istehsal olunmuş və kinostudiyalar tərəfindən təsdiq edilmiş linzalar təsvirin parlaqlığı və çatdırdığı təbii rənglərlə seçilir. Bütün bunlar, eleqant və möhkəm dizayn cəmi 15 qram çəkidə!

 
PARK CINEMA-DA ÜÇ PREMYERA!

Bu gün, yanvarın 16-ı Park Cinema şəbəkəsinin 12 ekranında üç filmə start verildi: Cek Rayan. Xaos nəzəriyyəsi, Kitab oğrusu və Qəddar yarış.

Dünya premyerası bu günə təsadüf edən film Cek Rayan. Xaos nəzəriyyəsi filmidir. Rejissor Kennet Brenin filmində  ABŞ-ın ən məşhur maliyyə analitiki Rayan bir milyarderin sifarışı ilə Moskvaya işləməyə gəlir.  Məhz bu nuvoriş işləri elə quracaq ki, ABŞ-ın iqtisadiyyatını dağıtmaq üçün terror sazişinin təşkilatında hamı Rayandan şübhələnsin. Rayana öz adını təmizə çıxartmaq, sazişi zərərsizləşdirmək və həyat yoldaşını milyarderin girovundan xilas etməkdən başqa heçnə qalmır.

Həftənin ikinci filminin premyerası ABŞ-da yanvarın onuna planlaşdırılsa da film prokata ötən ilin 25 dekabrında çıxdı. Yerli və Rusiya ekranlarında tamaşaçılar komediyaya artıq bu gündən baxa biləcəklər. Filmdə iki dünya miqyaslı ulduzun çəkildiyini nəzərə alsaq, ekran əsərinin uğurlu olacağı şübhəsizdir. Maraqlıdır ki, aktyorların hər ikisi Silvestr Stallone və Robert De Niro illər qabaq boksçu obrazını canlandılmışdılar: Stallone “Rokki” və onun sikvellarında Rokki Balboa rolunda, De Niro isə “Vəhşi öküz” filmində Ceyk Lamotta rolunda. Eləcə də hər iki ulduz “Polislər” filmində birgə çəkilmişlər.

Dram həvəskarları üçün isə Kitab oğrusu filmi təqdim olunub. Almaniya, 1939-cu ilin əvvəli, İkinci Dünya müharibəsinin ərəfəsi. 9- yaşlı Lizel ögey valideynlərinin yanına Myunhenə köçür və onların köməyi ilə oxumağı öyrənir. Kitab oxumaq onun həyatının mənasına çevrilir və Lizel yeganə sevinci olan kitabları oğurlamağa başlayır. Kitablardan öyrəndiyi hər şey ətrafda olan hadisələri - yəhudilərə qarşı olan təqibi, antifaşist hərəkatı, təhqir və aclığı anlamağa kömək edir.  Bu hadisələrin hamısı Lizelin həyat əhvalatına çevriləcək.

 
DAY.AZ SAYTINDA PARK CINEMA-DAN OLAN “ŞAXTA BABAYA MƏKTUB” MÜSABIQƏSININ QALIBI MÜƏYYƏNLƏŞDI!

Müsabiqənin  qalibi Park Cinema şəbəkəsindən balansında 100 AZN olan bonus kartı qazandı.

 

Dekabrın 14-dən 26-dək Day.az saytında “Şaxta Babaya məktub” adlı şən Yeni il müsabiqəsi keçirilirmişdir.

14.12.2013 tarixində saat 11:00-da yazılan məktubun müəllifi insom_nia@bk.ru. müsabiqənin qalıbı oldu. Bu isə qısa məktubun mətni:

 

“Əziz Şaxta Baba!
Xahiş edirəm, zəhmət olmasa (olsa da belə) Yeni ildə mənə bir ƏR hədiyyə edəsən! Həyatım çox darıxtırıcı keçir və kimisə bezdirməyə ehtiyacım var)))))”.

 

Ümumilikdə arzularla 160 məktub yazılmışdır, və biz hər birinizə bu istəklərin Yeni ildə həyata keşməsini diləyirik!

 

Xəbəri buradan oxuyun: HTTP://NEWS.DAY.AZ/HITECH/452154.HTML

 
HƏFTƏNIN PREMYERALARI: LOMBARD SALNAMƏLƏRI VƏ PARANORMAL HADISƏ: İBLISIN NIŞANI

Artıq 9 yanvar tarixindən etibarən Park Cinema-da iki premyeranı izləmək olacaq: Lombard salnamələri və Paranormal hadisə: İblisin nişanı.

Paranormal hadisəni 2-ci hissədən başlayaraq dəyişilməz ssenarist Kristofer Lendon yazıb və film çəkib. Nəzərə alaraq ki, Lendon standart süjet xəttindən uzaqlaşıb, “İblisin hədəfi” əvvəlki hissələrə yad deyil. Daha heç bir qəribə xışıltı, cığıltı, “Gecə 15” və boş otaqda gizli kameralarla çəkilən bağlanan qapılar və yerini dəyişən əşyalar olmayacaq. Bu “İblisin axırıncı qovulması” filminə bənzəyir - Cessi  tədricən insan simasını itirərək subyektiv kameraya sənədləşdirilmiş “mübtəlalıq salnaməsidir”.

Meksikada əvvəlki filmlərin personajlarına işkəncə verən qara qüvvələr bu dəfə bir ailəyə daxil olur. Qeyd edək ki, “Paranormal hadisə”-nin beşinci hissəsini artıq Kristofer Lendon deyil, Ceyson Paqan və Endryu Stark yazırlar. 

Lombard salnamələri filmində qiymətli və qiymətli nişan üzüyünə görə ağlasığmaz hadisələr və böyük bir qazanca görə yarışmalar başlayır və orada skinhed bandasından başlayaraq Elvis Preslinin oxşarlarına kimi qəhrəmanlara rast gəlmək olar.

Fərqli və qeyri-adi süjet xətti və mükəmməl aktyor heyyəti: Mett Dillon, Brendan Freyzer, Kevin Renkin, Vinsent D’Onofrio və Pol Uoker. Bu məşhur aktyorun axırıncı işlərindən biridir: Pol Uoker burada uğursuz soyğunçulardan birini oynayır. Film sayəsində darıxdırıcı iş günlərindən uzaqlaşıb ürəkdən gülmək olar.

 
YENI ILƏ YENI OYUN ILƏ!

Ötən ilin sonunda Park Cinema kinoteatrlar şəbəkəsi növbəti yeniliyi və kinomanlara  yeni il hədiyyəsi olan Movie Star mobil əlavəsini təqdim etdi.  

 

Movie Star əlavəsini artıq bütün İOS və Android cihazlarına Apple Store və Google Play-dan yükləmək mümkündür. Arzu edənlər ödənişsiz əlavəni yükləyə, oynaya, kadrlardan filmlərin adını tapa və Park Cinema-dan prizlər qazana bilər. Xüsusən onu qeyd etmək lazımdır ki, oyunu Facebook akkauntu ilə sinxronlaşdırıb eləcə də kompüterdə oynamaq olar. Movie Star oyununu həmçinin parkcinema.az saytında oynamaq mümkün olacaq. Oyunun ilk həftəsinin istifadəçılərinin sayı 1000 nəfərdən artıq olub.

 

Park Cinema şəbəkəsinin müdiri Namiq Quliyev: “Ölkədə kinobiznes sahəsinin inkişafı uğrunda atılan müxtəlif əhəmiyyətli addımlar arasında (yeni kinoteatrların açılması, repertuarın genişləndirilməsi, rahat cədvəlin tərtib edilməsi, Park Cinema Metro Park-da bilet qiymətlərinin endirilməsi, avadanlıqların yeniləndirilməsinə sərmayələrin qoyulması) Movie Star mobil əlavəsi kinomanlar üçün 2013-cü ilin əsas məhsulu oldu. Ölkədaxilində və xaricdə oyuna qoşulan istifadəçilərin sayı hər dəqiqə artır. Həftəlik mükafatların ən əsası VİP zalda premyera filmlərinə bilet olacaq. Kinoman üçün daha gözəl hədiyyə ola bilməz!”

 

Oyun Azərbaycan və rus dilində təqdim olunub. Həftə ərzində ən çox xal toplayan üç iştirakçı qalib olub kinoteatrlar şəbəkəsindən mükafatlar qazanır. Yeni ilin ilk üç qalibi artıq müəyyənləşib və hədiyyələrini alacaq.

Daima yenilənən sual bazasına müxtəlif illərin və ölkələrin filmləri daxildir. Ona görə əsas hədiyyəni qazanmaq o qədər də asan iş deyil. 

 
PARK BULVAR VƏ PARK CINEMA: MEDIA ÜÇÜN YENI IL NÜMAYIŞI VƏ «MOVIE STAR» MOBIL ƏLAVƏSININ TƏQDIMATI

Bayram ərəfəsində Park Bulvar və Park Cinema jurnalistlər üçün sözün əsl mənasında  yeni il tədbiri təşkil etdilər. Tamaşaçılar tərəfindən artıq 3 ildir ki, səbirsizlıklə gözlənilən Yeni il komediyasının növbəti “Yolkalar 3” filminin premyera nümayışı məhz media nümayəndələri üçün keçirildi.

Qonaqların qarşılanması və qeydiyyatı kinoteatrın xollunda,  AVM-in dördüncü mərtəbəsində baş tutdu. Daha sonra təşrif  buyuran qonaqlar furşetə dəvət olundular. Bayram görüşü Dj Rimasın təqdimatında tematik müsiqi ilə müşayiət olundu.

Kinoteatrın PR-meneceri Nərgiz Rəfiyeva qeyd etdi ki, «nümayişin əsas məqsədi bayram abu-havasının yaradılması, il ərzində  əməkdaşlıq etdiyimiz dostlarımızla daha bir görüş təşkil etmək, onları qarşıdan gələn bayram münasibəti ilə təbrik etmək, və ən maraqlısı - bütün kinomanlar üçün yeni super maraqlı oyunun təqdim edilməsidir».

Park Bulvar-ın PR-meneceri Günay Malikqızı: «Hamını bir daha Dünya Azərbaycanlıların Həmrəylik Günü və üzümüzə gələn Yeni il münasibəti ilə təbrik etmək istəyirəm. Bu il ərzində bir çox hadisələr yaşanıb,  həm yaxşı, həm də çətin günlərimiz olub - axı bu həyatdır.  Ümid edirəm ki, 2014-cü ildə bakılıların və paytaxt qonaqlarının sevimli məkanına çevrilən Park Bulvar-da bizim hələ çoxlu xoş görüşlərimiz  olacaq".

 Zalda qonaqları daha bir sürpriz  gözləyirdi:  tamaşaçılara kinoteatrın yeni məhsulu - «Movie Star» mobil oyunu  təqdim edildi. Xüsusi olaraq  Happy Baku şirkəti tərəfindən hazırlanan «Movie Star» əlavəsini 24 dekabr 2013-cü il tarixindən etibarən Apple Store və Google Play-dən bütün  İOS və Android  cihazlarına yüklənməsi mümkün olacaq.  Hamı pulsuz əlavəni yükləyə, oynaya, kinokadrlardan filmlərin adını taparaq Park Cinema-dan müxtəlif hədiyyələr qazana  biləcək.  Xüsusən onu qeyd etmək lazımdır ki, oyunu Facebook akkauntu ilə sinxronlaşdırıb kompüterdə də oynamaq olacaq. Oyunun  birinci istifadəçiləri  tədbirin qonaqları oldu. 

 
ARTIQ IKINCI ILDIR KI, “HOBBIT” FILMI PARK CINEMA-NIN EKRANLARINA 3D HFR FORMATINDA NÜMAYIŞ OLUNUR!

C. R. Tolkinin “Hobbit yaxud Ora və geriyə” əsəri əsasında rejisser Piter Ceksonun “Hobbit. Smauq boşluğu” kino trilogiyasının 2-ci hissəsi dekabrın 19-dan Park Cinema-nın ekranlarına çıxacaq. Birinci hissəsi kimi, filmin ikinci hissəsi də saniyədə 48 kadr sürətilə yüksək keyfiyyətli görüntü təmin edən RED Epic kameraları ilə çəkilib. Hələ ötən il “Hobbit” Park Cinema-da misli görülməmiş 3D HFR (High frame rate) formatında nümayiş olunub tamaşaçılara unudulmaz hisslər yaşatmışdı. Ekranda baş verən hadisələrin realizmi müqayisə olunmaz idi.

Kinoteatrın PR meneceri Nərgiz Rəfiyevanın sözlərinə görə, filmin üçüncü hissəsi artıq yeni kinoteatrda İMAX 3D formatında təqdim olunacaq. “Biz durmadan inkişaf edirik, bu isə tamaşaçılarımıza yalnız əla kino, yüksək keyfiyyət və çoxsaylı yeniliklər təqdim etmək kimi vəzifələrimizi yerinə yetiririk. Ötən ay Park Bulvar-dakı multipleksimizdə avadanlıq və ekranların yeniləndirilməsi təbii ki, səs və görüntüdə öz müsbət əksini tapıb”.

 
TEXNIKI UNIVERSITETIN TƏLƏBƏLƏRI PARK CINEMA TƏRFINDƏN TƏLTIF OLUNDULAR

Bu gün Park Bulvar-da Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fantaziyamın Rəngləri” adlı rəsm sərgi və müsabiqəsi layihəsi uğurla reallaşdı. Ilk üç yeri qazanmış gənc rəssam Park Cinema tərəfindən mükafatlandırıldı. Təqdim olunmuş hədiyyəli Platinum, Gold v Standart kartların sahibləri Nərgiz İlyasova, Nicat Muxtarlı və Çinarə Kətanova oldular.

 

HTTP://GUN.AZ/LATEST/90206#NETTRENDS
 

HTTP://WWW.AZPRESS.AZ/INDEX.PHP?SECTIONID=NEWS&ID=19864

HTTP://AZ.SALAMNEWS.ORG/AZ/NEWS/READ/103602

HTTP://TOPNEWS.AZ/NEWS/391241/BAKIDA-FANTAZIYAMIN-RANGLARI-ADLI-SARGIMUSABIQA-REALLASHIB.HTML

HTTP://FORUM.AZERI.NET/XEBER-LENTI/55136-FANTAZIYANIN-RENGLERI.HTML

HTTP://WWW.OLAYLAR.AZ/NEWS/CULTURE/61669

HTTP://WWW.AZADINFORM.AZ/NEWS/A-58358.HTML

HTTP://BAKUPRESS.AZ/15570-BAKUPRESS-BAKIDA-FANTAZIYAMIN-RƏNGLƏRI-ADLI-SƏRGI-MUSABIQƏ-REALLASIB/#.UPJCAMSNPDHTTP://WWW.AZPRESS.AZ/INDEX.PHP?SECTIONID=NEWS&ID=19864

HTTP://AZ.SALAMNEWS.ORG/AZ/NEWS/READ/103602

HTTP://TOPNEWS.AZ/NEWS/391241/BAKIDA-FANTAZIYAMIN-RANGLARI-ADLI-SARGIMUSABIQA-REALLASHIB.HTML

HTTP://FORUM.AZERI.NET/XEBER-LENTI/55136-FANTAZIYANIN-RENGLERI.HTML

HTTP://WWW.OLAYLAR.AZ/NEWS/CULTURE/61669

HTTP://WWW.AZADINFORM.AZ/NEWS/A-58358.HTML

HTTP://BAKUPRESS.AZ/15570-BAKUPRESS-BAKIDA-FANTAZIYAMIN-RƏNGLƏRI-ADLI-SƏRGI-MUSABIQƏ-REALLASIB/#.UPJCAMSNPD1

 
SUPER GÜN TARİF PLANI

Park Cinema kinoya ən sərfəli qiymətlər təqdim etməkdədir!

Tamaşaçılar Super Günlərdə kino aləminə səyahət edib dünya kino prokatının ən son yeniliklərini 3.3 AZN (2D) və 4.3 AZN (3D) qiymətinə izləyəcəklər!

Yeni Super Gün tarif planı hər çərşənbə axşamı(*) Park Cinema Metro Park-da gün ərzində qüvvədədir .

 

*İstisna: bayram günləri

 
PARK CINEMA GƏNC RƏSSAMLARI DƏSTƏKLƏYIR

Azərbaycan Texniki Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fantaziyamın Rəngləri” adlı rəsm sərgi və müsabiqəsi layihəsi uğurla  həyata keçirilməkdədir. Sərginin reallaşmasında Park Bulvar TM və Pak Cinema kinoteatrlar şəbəkəsi dəstək göstərəcək, qaliblər isə kinoteatrın hədiyyəli Platinum, Gold v Standart kartları ilə mükafatlandırılacaq.

 

Bu günlərdə  dövlətimizin önəm verdiyi əsas sahələrdən biri də rəssamlıq sənətidir. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı olduqca önəmli  işlər aparılır və rəssamlıq qabiliyyəti olan hər kəs üçün böyük imkanlar yaradılmaqdadır. Bu isə dövlətin incəsənətə göstərdiyi olduqca böyük diqqətə dəlalət edir. 

“Fantaziyamın Rəngləri” layihəsində rəssamlıq bacarıqı olan tələbələrin istedadlarını üzə çıxarmaq, bu sahəyə marağın artırılması və bu sahədə davamlı inkişafa nail olunması məqsədini daşıyan bu layihə öz missiyasını uğurla həyata  keçirən irimiqyaslı layihədir.

Layihə rəsm sərgisi  və rəsm müsabiqəsi olmaqla iki hissədən ibarətdir. Belə ki, Layihə çərçivəsində rəsm sərgisi təşkil olunacaq və  sərginin davam etdiyi müddət ərzində  nümayiş olunan əl işlərinin qiymətləndirilməsi ilə müsabiqə təşkil olunacaq.

Rəsm sərgisi və müsabiqəsi aşağıdakı nominasiyalar üzrə qəbul olunacaq:

·               Vətənpərvərlik;

·               Fərqli Gənclik;

·               İdeal düşüncə;

·               Sərbəst;

 

Tələbə gənclər ilk 3 nominasiyanın hər birinə 1, digər nominasiyasında isə maksimum 2 rəsm işi təqdim edə bilər. Layihəyə təqdim olunan əl işlərinin qəbulu Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları tərəfindən həyata keçiriləcək. Daha sonra isə bütün əl işləri cəmlənəcək və sərgi-müsabiqə təşkil olunacaqdır. Qaliblərə diplom və “Park Cinema” tərəfindən dəyərli hədiyyələr təqdim olunacaqdır.

Sərgi-müsabiqə 22  Noyabr 2014-cü il tarixində saat 12:00-da “Park Bulvar”ın 1ci mərtəbəsində keçiriləcəkdir.

 
UŞAQ KLUBU TARIF PLANI

Park Cinema-dan yeni Uşaq Klubu tarif planı

 

İndi gizgi filmlərinə daha da sərfəli qiymətə baxmaq olacaq!

Park Cinema Metro park kinoteatrında hər gün*  istənilən cizgi filminin ilk səhər seansına biletin qiyməti 2 AZN-dir!

 

*İstisna: Çərşənbə axşamı günlərində Super Gün

 
PARK CINEMA VƏ ALI NINО: ALOV YANACAQ

Park Cinema kinoteatrlar şəbəkəsi və Ali&Nino kitab mağazaları şəbəkəsi Lionsgate kinokompaniyasının yeni “Açlıq oyunları. Alov yanacaq” filminin premyerasına həsr olunmuş birgə aksiya elan etdilər.

 

Noyabrın 21-i, filmin premyerası günü, Park Cinema Metro Park-da kinoteatrın bonus proqramının ən aktiv istifadəçiləri və Ali&Nino şəbəkəsinin loyal alıcıları üçün filmin xüsusi baxışı keçirilcək. Kinoteatrın xolunda quraşdırılmış kitab stendindən S. Kollinsin eyniadlı kitabını da əldə etmək mümkün olacaq.

 

Noyabrın 15-dən isə şəbəkələrin sosial səhifələrində müxtəlif oyun və viktorinalar keçiriləcək, qaliblər premyeraya biletlər qazanacaq!

 

Bizə qoşulun: Alov yanacaq!

HTTP://NOVOSTI.AZ/OBSH/20131122/299692662.HTML

 
PARK CINEMA UŞAQLARA DƏSTƏK OLDU

Park Cinema uşaqlara dəstək oldu

 

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən 14 noyabr tarixi Ümumdünya Diabet Günü kimi qeyd edilir. Bu gün xəstəlikdən əziyyət çəkən 60 nəfər uşaq Park Cinema Park Bulvar-da “Castin və cəngavərlərin şücaəti” cizgi filminə baxdı.  Öz xəyallarının arxasınca gedən Castinin başına gələn maraqlı sərgüzəştləri izləməkdən  uşaqlar zövq aldılar. Kinoteatra qonaq olan uşaqlara səmimi sevinc hissləri bəxş etmək kinoteatrın əsas məqsədidir. Park Cinema şəbəkəsi yarandığı gündən sosial layihələrdə hər zaman aktiv iştirak edir və bu yolda öz yardımını əsirgəmir.

 
PARK CINEMA QIYMƏTLƏRI ENDIRDI

Park Cinema qiymətləri endirdi

 

Bu gündən ölkənin ilk və yeganə kinoteartlar şəbəkəsi olan Park Cinema Metro Park AVM-də yerləşən ikinci meydançasında yeni qiymətlər tətbiq etdi.

Kinoteatr filmlərə daha da əlverişli qiymətlərlə baxmağa imkan yaradan yeni tarif və tarif planları tətbiq etmişdir. Bu gündən etibarən böyüklər üçün bir biletin qiyməti 4.8 AZN təşkil edəcək. Eləcə də qiymətləri 3.30 AZN-dən başlayan yeni Uşaq, Ailə 3, Ailə 4 və Super Gün kimi yeni  tarif planları yaradılmışdır. Hazırlanmış Ailə 3 və Ailə 4 paketləri əvvəlki tariflərlə müqaisədə kinoya ailəvi şəkildə gedənlərin ailə büdcəsinə 25% qənaət etmək imkanını verir.

Yeni Uşaq tarif planı sayəsində valideynlər bileti uşaq bileti qiymətinə əldə edərək filmə uşaqlarla birgə baxa biləcəklər.

Hər çərşənbə axşamları isə hər kəs üçün ölkədə analoqu olmayan qiymətlər olacaq: Super Gündə biletlər 3.3 AZN (2D) və 4.3 AZN (3D) olacaq! 

Park Cinema şəbəkəsinin direktoru N. Quliyev: “Biz kinoya qiymətlərin endirilməsi xəbəri ilə bölüşməyə şadıq! Bizim əsas iş prinsiplərimizdən biri də şəhər sakinləri qarşısında daşıdığımız sosial məsuliyyətdir. Bu həm də yeni tarif planlarının tətbiq olunmasının səbəblərindən biridir. Yeni çevik tariflər sayəsində hər kəs özünə daha münasib olan qiymətlə bilet seçib ala bilər”.

Qiymətlərin endirilməsi Park Cinema-nın şəhər həyatının ən populyar və inkişaf edən sahəsində etdiyi növbəti innovasiyadır. Belə yenilik ölkənin kinoprokat sektoru  tarixində ilk dəfədir ki, baş verir, və Park Cinema hesab edir ki, atılan addım kinoya getmək mədəniyyətini bərpa olunması və Azərbaycanda kino sektorunun inkişafında böyük rol oynayacaq.

 Xatırladaq ki, Park Cinema Metro Park kinoteatrı 2013-cü ilin aprelində açılıb və oturacaq yerlərinin sayına və təchiz olunmuş ən müasir avadanlığa görə Cənubi Qazqazda ən böyük kinoteatrdır.

 “Ad günün mübarək!” adlı daimi aksiya da məhz bu kinotearda keçirilir.  Aksiyanın şərtlərinə görə ölkənin hər vətəndaşı öz doğum günündə kinoya pulsuz baxa bilər.

 

HTTP://GUN.AZ/CULTURE/90208

HTTP://BAKU-ETO.AZ/KINOMANIYA/100-V-PARK-CINEMA-STOIMOST-NA-PERVYY-SEANS-MULTIKOV.HTML

HTTP://NOVOSTI.AZ/OBSH/20131122/299692662.HTML - 

 
AVROPA FILM FESTIVALI 2013

IV Avropa Film Festivalı  Park Cinema-da keçiriləcək

 

30 oktyabr 2013-cü ildə Park Cinema kinoteatrlar şəbəkəsi,  Avropa İttifaqı Nümayəndəliyi (Aİ) və Avropa İttifaqına Üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş Səfirlikləri mədəniyyət və beynəlxalq münasibətlərin inkişafı sahəsində növbəti möhtəşəm layihəyə start verəcəklər. Festival zamanı Aİ-na üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş etdiriləcək, nümayiş etdirilən filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaqdır.

 

2013-cü ilin Avropa Film Festivalının proqramına 17 Avropa filmi (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) və bir Azərbaycan filminin nümayişi daxildir. Qeyd edək ki,  Estoniya, Finlandiya və Xorvatiya Festivalda ilk dəfə iştirak edəcəklər.

 

Festivalın açılışı "Antibə bir tərəfə bilet" İsveç filminin nümayişi ilə baş tutaçaq və  bu filmin rejissoru Riçart Hobert filmi şəxsən təqdim etmək üçün 30 oktyabr tarixində Bakıya gələcəkdir. Festivalın digər fəxri qonaqları Böyük Britaniyadan ssenarist Pol Freyzer, "Atəşli ürək. Tadas Blinda haqqında əfsanə" Litva filminin operatoru Ramunas Qreysius, Vyanada eyni adlı "Üçüncü Adam" Muzeynin Direktoru Jerar Ştrassqşvantner, "Xəyalların komandası 1935" Latviya filminin prodüseri Liqa Pipare və administratoru Diana Stepan və digərləri olacaqdır. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcəkdir.

 

Festivalın Bakıda 3 kinoteatrda keçirilməsi daha bir yenilikdir: filmlər Park Cinema (Park Bulvar), Park Cinema (Metro Park) və Nizami Kino Mərkəzində nümayış olunacaqdır. 

 

Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiya ilə nümayiş etdiriləcək və bütün filmlərə giriş ödənişsiz olacaqdır. Biletlər Park Cinema şəbəkəsinin kassalarından əldə oluna bilər.

 

Avropa Film Festivalı və filmlərin cədvəli haqqında əlavə məlumat üçün www.parkcinema, WWW.FACEBOOK.COM/PARKCINEMA və yaWWW.EEAS.EUROPA.EU/DELEGATIONS/AZERBAIJAN səhifələrinə daxil olun.

Xatırladaq ki, Avropa Film Festivalı artıq üçüncü dəfədir ki, Park Cinema-da həyata keçirilir.

 
UŞAQ EVININ SAKINLERI PARK CINEMA-DA

Park Cinema uşaq evinin sakinlərinə animasiya filmləri göstərdi

30 sentyabrBakı şəhəriuşaq evləndən birinin sakinləri Metro Park-da yerləşən Park Cinema kinoteatrınamədəni-kütləvi gəzintiyə çıxmışdırlar.

Qrup 6 yaşından 14 yaşadək 45 uşaqdan və üç tərbiyəçidən ibarət idi.

Kinoteatr uşaqları animasiya filmlərinə baxmağa dəvət etmişdir. Baxışdan öncə qonaqlara dadı ilə tanınan popkorn və Coca-Cola şirkətinin təqdim etdiyi içki və suvenirlər paylanıldı. 

Uşaqların bayramı tədbir təşkilatçılarına da sevinc yaşatdı. Kinoteatra təşrif buyurmaq uşaqlara hər zaman səmimi sevinc hissləri  bəxş edir, çünki onlar üçün gəzintiyə çıxmaq, ələxsus da maraqlı filmi 3D-də izləməkdən maraqlı nə ola bilər?!

Park Cinemaşəbəkəsi yarandığı gündən uşaq evlərinə qayğı və dəstəyini əsirgəmir.

 
 
AZƏRBAYCANDA ILK DƏFƏ VƏ YA PARK CINEMA-DAN NÖVBƏTI YENILIK!

Azərbaycanda ilk dəfə olaraq açıq hava altında yeni nəsil kinoteatrı Park Cinema şəbəkəsi tərəfindən təqdim olunacaq. 

 

Yeni kinoteatr Amburan Beach Club-da yerləşir və həftənin sonunda kinoteatrın açılış mərasimi məhz bu ünvanda  keçiriləcək. Möhtəşəm açılış mərasiminə giriş dəvətnamə ilə olacaq. Açılış mərasimindən sonra yeni kinoteatr bütün arzu edənlərin istifadəsinə veriləcək.

Yay kinoteatrında kinohəvəskarlara hər gün iki seans təqdim olunacaq və tamaşaçılar premyeraları həmçinin 3D formatında da izləyə biləcəklər.

Məlumdur ki, yeni mədəniyyət ocağı ən müasir avadanlıqla təchiz olunub. Kinoteatrın qiymət siyasəti dəyişilməz olaraq qalır. 200-dən çox oturacaqdan ibarət kinoteatrda VİP yerlər də mövcuddur.

Bir sözlə, kinosevərlər ən yeni filmləri bundan sonra əsl yay atmosferinə uyğun şəraitdə baxmaq imkanı qazanacaq. 

 
 
ТРЕНИНГ ДЛЯ ПЕРСОНАЛА

Ежемесячно персонал нашего кинотеатра проходит тренинги повышения квалификации

 
ПРЕСС ПОКАЗ

Пресс показ "ASK KIRMIZI" 5 апреля 2013

 
ПРЕСС ПОКАЗ "ПРЕКРАСНЫЕ СОЗДАНИЯ" 12 ФЕВРАЛЯ 2013

Пресс показ "Прекрасные создания" 12 февраля 2013

 
ПРЕСС ПОКАЗ ФИЛЬМА
27 НОЯБРЯ В PARK CINEMA СОСТОЯЛАСЯ ПРЕСС-ПОКАЗ ФИЛЬМА «СЛОВА», ПРЕМЬЕРА КОТОРОЙ СОСТОИТСЯ В КИНОТЕАТРЕ 29 НОЯБРЯ, В ЧЕТВЕРГ.
 
ФИЛЬМ В ПЕРВУЮ ОЧЕРЕДЬ ПРИВЛЕКАЕТ СВОИМ ЗВЕЗДНЫМ СОСТАВОМ: БРЕДЛИ КУПЕР, ОБЛАДАДТЕЛЬ ПРЕМИИ «ОСКАР» ДЖЕРЕМИ АЙРОНС, ДЕНИМ КУЭЙД, ОЛИВИЯ УАЙЛД, ЗОИ СОЛДАНА, БЕН БАРНС и др.
 
РЕЧЬ ИДЕТ О МОЛОДОМ ПИСАТЕЛЕ, КОТОРЫЙ ДОСТИГАЕТ ДОЛГОЖДАННОГО УСПЕХА ПОСЛЕ ПУБЛИКАЦИИ СВОЕГО РОМАНА. НО ЕСТЬ ОДНО «НО»… ОН НЕ ПИСАЛ ЭТОТ РОМАН.
 
ПРЕСС ПОКАЗ ФИЛЬМА БЫЛ ПРИУРОЧЕН К ПРЕЗЕНТАЦИИ НАКОПИТЕЛЬНОЙ БОНУСНОЙ ПРОГРАММЫ «PARK CINEMA» .
 
ПРОГРАММА ПОЗВОЛЯЕТ НАКАПЛИВАТЬ БАЛЛЫ , ОБМЕНИВАТЬ ИХ НА БИЛЕТЫ И ПРЕДПОЛАГАЕТ ПОСТОЯННОЕ РАСШИРЕНИЕ СПЕКТРА ЛЬГОТ И УСЛУГ ДЛЯ ЕЕ ВЛАДЕЛЬЦЕВ. 
 
 
 
 
 
 
 
 
КИНОТЕАТР «PARK CINEMA»

Kaspian Kapital QSC, 2010-cu ilin oktyabr ayında, Bakı şəhərinin mərkəzində, Milli parkda, Xəzərin tam sahilində, Zaqafqazyada ən böyük, 6 zallı “Park Cinema” kinoteatrının açılışı haqqında, sizə məlumat verməyi özünə şərəf bilir. Yeni kinoteatrın açılışından sonra, bizim şəhərimizdə göstərilən filmlərin repertuarı əhəmiyyətli dərəcədə genişlənib. Tamaşaçılar müxtəlif janrlarda filmlərinin dünya premyeralarına, həmçinin filmlərə orijinal dilində baxmaq imkanı əldə etdilər Kinoteatrda dəvət edilmiş artistlərlə, rejissorlarla görüşlər keçiriləcək, həmçinin müxtəlif növ filmlərin premyera nümayişi olacaq.


Все права защищены. Полное или частичное копирование материалов запрещено, при согласованном использовании материалов необходима ссылка на ресурс.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol